Bu gün Azərbaycan Premyer Liqasında VII turun son iki oyunu keçiriləcək
2020-10-25 12:10
Bu gün Azərbaycan Premyer Liqasında VII turun son iki oyunu keçiriləcək. Bununla da çempionatda I dövrəyə yekun vurulacaq. Günün ilk oyunu "Sabah" və "Sumqayıt" komandaları arasında olacaq. Tur “Zirə” – “Qarabağ” oyunu ilə yekunlaşacaq. Hazırda 10 xalla 3-cü pillədə olan "qartallar" bir oyun az keçirən və 5-ci sırada qərarlaşan Ağdam təmsilçisini 2 xal qabaqlayır. Bu, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun uzun illər formasını geyindiyi "köhlən atlar"a qarşı ilk sınağı olacaq.
Nərgiz Camal