Bu gün Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün püşkü atılacaq
2020-08-12 14:09
Bu gün Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün püşkü atılacaq. Mərasim AFFA-nın inzibati binasında keçiriləcək, klub və KİV nümayəndələri üçün qapalı olacaq. Püşk yeni mövsümün 1-ci turunda qarşılaşacaq cütləri müəyyənləşdirəcək. 4 dövrədən ibarət olacaq Premyer Liqada 8 klub - "Qarabağ", "Neftçi", "Keşlə", "Sumqayıt", "Zirə", "Sabah", "Səbail" və "Qəbələ" mübarizə aparacaq.
Nərgiz Camal