Bu gün Azərbaycan Premyer Liqasında 13-cü turun son oyunu keçiriləcək

2019-12-02 12:07

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü turun son oyunu keçiriləcək. Turun bağlanış görüşündə "Sabah" evdə "Qarabağ"ı qəbul edəcək. Qarşılaşma ağdamlıların ötən cümə axşamı günü İspaniyada "Sevilya" ilə Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyununa çıxması ilə əlaqədar bu həftənin ilk gününə təyin edilib. Görüş saat 20-də başlayacaq.

Vəfa Şairova