Canlı
Bu gün Azərbaycan Premyer Liqasının 23-cü turunda “Qarabağ” “Kəpəz”lə görüşəcək

2018-04-14 / 12:10

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura start veriləcək. İlk gün yalnız bir qarşılaşma keçiriləcək. Günün yeganə görüşü Gəncədə baş tutacaq. Çempionatın lideri “Qarabağ” səfərdə “Kəpəz”lə görüşəcək. Oyun saat 16-da başlayacaq.

Vəfa Şairova