Bu gün Azərbaycan millisi İsveçi qəbul edəcək
Bu gün futbol üzrə AVRO-2024-ün seçmə mərhələsinin oyunları çərçivəsində Azərbaycan millisi Tofiq Bəhramov adına Respublika stadionunda İsveçi qəbul edəcək. Görüş saat 21-də başlayacaq. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç isə üçüncüdür.
Nərgiz Camalzadə