Canlı
Bu gün axşamdan ölkə ərazisində qeyri-sabit hava müşahidə olunacaq

2018-08-08 / 16:11

Bu gün axşam şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Temperatur ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti avqustun 11-i axşamadək davam edəcək.

Ruhəngiz Hacızadə