Bu gün Aşuradır, İmamzadə dini kompleksində qanvermə aksiyası keçirilir

2019-09-10 10:42

Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası başlayıb. Ümumilikdə respublika üzrə 32 yerdə aksiya keçirilir. Gəncədə qanvermə aksiyası bu gün İmamzadə dini kompleksində təşkil olunub. Növbəti 40 gün ərzində isə arzu edən şəxslər Mərkəzi Qan Bankının Gəncə bölməsində qan verə bilərlər.

Ruhəngiz Hacızadə