Bu gün Ağdaban soyqırımının 30-cu ildönümüdür
2021-04-08 10:05
Bu gün Ağdaban soyqırımının 30-cu ildönümüdür. Bununla əlaqədar Kəlbəcər rayonunun Ağdaban kəndinə səfər təşkil olunub və faciə qurbanları yad edilib.1992-ci ildə törədilən Ağdaban faciəsində 130 evdən ibarət kənd tamamilə yandırılıb, kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilib, 70-ə yaxın dinc sakin amansızcasına qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. Həmçinin, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər isə girov götürülüb.
Vüsalə camal