Canlı
Bu gün 23-cü Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək

2018-02-09 / 08:56

Bu gün Cənubi Koreyanın Pxençxan şəhərində 23-cü Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək. Bakı vaxtilə saat 15-də start götürəcək mərasim “Pxençxan” olimpiya stadionunda baş tutacaq. Fevralın 25-dək davam edəcək mötəbər yarışda 92 ölkə iştirak edəcək. Oyunlarda Azərbaycan 1 idmançı ilə təsmil olunacaq. Milliləşdirilmiş avstriyalı Patrik Braxner dağ xizək idmanında gücünü sınayacaq.

Vəfa Şairova