Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayacaq

2019-07-10 12:02

Bu gün son Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayacaq. Ağdam təmsilçisi Albaniyada “Partizani”nin qonağı olacaq. Qarşılaşmanı İslandiyadan olan hakimlər briqadası idarə edəcək. Paytaxt Tiranada keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Vəfa Şairova