Bu gün “Avro-2020”də qrup mərhələsinin daha dörd oyunu keçiriləcək
2021-06-21 18:10
Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun daha dörd qarşılaşması oynanılacaq. Bakı vaxtı ilə saat 20-də C qrupunda Şimali Makedoniya yığması Niderland seçməsi ilə, Ukrayna isə Avstriya millisi ilə qarşılaşacaq. Saat 23-də isə B qrupunda yer alan Finlandiya seçməsi Belçika yığması ilə, Rusiya isə Danimarka millisi ilə üz-üzə gələcək. Xatırladım ki, Bakı Olimpiya Stadionu iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
Nərgiz camal