Bu gün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
2020-12-04 10:00
Bu gün Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bu gün saat 12:00-da bir dəqiqəlik sükutla yad ediləcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Nərgiz Camal