2021-02-24 10:11
Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin daha iki qarşılaşması keçirilib. Pandemiya səbəbindən ev oyununu Buxarestdə keçirən İspaniya çempionatının lideri “Atletiko Madrid” “Çelsi”ni qəbul edib. Görüş londonluların minimal hesablı qələbəsi ilə başa çatıb. İtaliyanın “Olimpiko” stadionunda isə əsl qol bayramı olub. Turnirin son qalibi “Bavariya” “Latsio” ilə səfər qarşılaşmasında böyük hesablı qələbə qazanıb - 4:1. Komandaların cavab görüşü martın 18-də keçiriləcək. Bu gün isə 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulacaq. İtaliyada "Atalanta" "Real Madrid"i qəbul edəcək. Digər matçda Mönhenqladbax "Borussiya"sı və "Mançester Siti" üz-üzə gələcək. Qarşılaşma pandemiya ilə bağlı səyahət məhdudiyyətləri səbəbindən Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Oyunlar Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.
Vüsalə Camal