Bu günədək Ukraynadan 4000-ə yaxın azərbaycanlı sərhədi keçib. Leyla Abdullayeva
2021-03-02 18:12
Ukraynada yaranmış vəziyyətlə əlaqədar ilk saatlardan başlayaraq həmsərhəd ölkələrlə danışıqlar aparılıb. Azərbaycan vətəndaşları Moldova, Polşa, Slovakiya, Rumıniya, Macarıstan istiqamətindən keçərək Ukraynanı tərk edə bilərlər. Onlar üçün viza rejimi ləğv edilib. Xarici İşlər Nazirliyinin sözcüsü Leyla Abdullayeva bildirib ki, bu günədək Ukraynadan 4000-ə yaxın azərbaycanlı sərhədi keçib. Hazırda hərbi əməliyyatların davam etdiyi ərazilərdən azərbaycanlıların təxliyəsi əsas məsələdir. Bu arada "Azərbaycan Hava Yolları" QSC-dən Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyə reysləri yerinə yetirəcəyi bildirilib.
Vüsalə camal