Bu günədək 11 900 hektardan çox ərazi təmizlənib
2021-09-22 14:05
Mühəndis-istehkam bölmələrimiz Türkiyənin hərbi istehkamçıları ilə birgə azad edilən ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir. Avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkəti üçün yollar, Türkiyənin "MEMATT" texnikaları ilə isə yaşayış məntəqələrimiz, əkin üçün yararlı olan ərazilər minalardan və partlamamış döyüş sursatlardan təmizlənir. Bu günədək 11 900 hektardan çox ərazi təmizlənib, 16 000-dən çox mina və partlamamış döyüş sursatı utilizasiya edilib.
Vüsalə camal