Bu günə qədər işğaldan azad edilmiş ərazilərə 44 müntəzəm avtobus reysi həyata keçirilib
2021-02-24 12:08
Bu günə qədər işğaldan azad edilmiş ərazilərə 44 müntəzəm avtobus reysi həyata keçirilib, 1967 sərnişin səfər edib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bakı – Şuşa – Bakı istiqamətində həftədə 3 dəfə, Bakı-Ağdam -Bakı marşrutları üzrə isə həftədə 2 dəfə avtobus reysi reallaşır. Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-dən istifadəyə verilib.
Fərid Mehdiyev