Bu gün Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna start verilib
2020-02-15 16:02
Bu gün Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna start verilib. İki gün davam edəcək yarış Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Turnirin açılış günündə təsnifat, ikinci günü isə final mərhələləri keçiriləcək. Dünya Kubokunda Azərbaycanı Selcan Mahsudova batut, Fərid Mustafayev isə tamblinq növündə təmsil edir.
Vüsalə Camal