Bu gün dünyanın ən böyük təşkilatlarından sayılan FİFA-nın yarandığı gündür
2020-05-21 18:09
Bu gün dünyanın ən böyük təşkilatlarından sayılan FİFA-nın yarandığı gündür. Ali futbol qurumu 1904-cü il mayın 21-də təsis olunub. Qurumun qərargahı İsveçrənin Sürix şəhərində yerləşir. Hazırda FİFA-ya 211 milli assosiasiya üzvdür. Azərbaycan 1994-cü ildən FİFA-nın üzvü kimi tanınıb.
Fərid Mehdiyev