Bu gün 4 oyunla avrokuboklar bərpa olunur
2020-08-05 10:09
Bu gün avrokuboklarda 5 aylıq fasilə başa çatır. Martda koronavirus pandemiyası səbəbindən dayandırılan Avropa Liqasında 1/8 final mərhələsində 4 oyun keçiriləcək. Mübarizəni davam etdirən yeganə Türkiyə təmsilçisi “Başakşəhər” Danimarkada “Kopenhagen”in qonağı olacaq. İlk oyunda Almaniyadan qalib dönən “Şaxtyor” “Volfsburq”u qəbul edəcək. İngiltərənin “Mançester Yunayted” klubu səfərdə darmadağın etdiyi LASK-la üz-üzə gələcək. Günün digər matçı isə ilk görüşü baş tutmayan “İnter” – “Xetafe” dueli olacaq.
Fərid Mehdiyev