Bu ay pensiyalar tez keçəcək
2020-03-07 16:03
Novruz bayramı ilə əlaqədar mart ayı üzrə pensiya, müavinət və təqaüdlərin qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayrama qədərki dövrdə ödənilməsi təmin olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pensiyaların ödənişinə artıq başlanılıb. Martın 19-dək bütün növ pensiyaların ölkə üzrə ödənişi başa çatacaq. Həmçinin müavinət və təqaüdlərin də yaxın günlərdə qrafikdən əvvəl ödənişinə başlanması və həmin ödənişlərin də Novruz bayramına qədər həyata keçirilməsi nəzərdə tutulub.
Vüsalə Camal