"Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir". Prezident İlham Əliyev İran mətbuatına müsahibə verib
2021-11-29 10:00
Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşündə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən sonra regionda geosiyasi vəziyyətin dəyişdiyi bildirilib, bölgə ölkələrinin regional məsələlərin həllində iştirakının vacibliyi diqqətə çatdırılıb. Görüşdə Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş” imzalanıb. Sazişin imzalanmasından sonra Azərbaycan Prezidenti İranın kütləvi informasiya vasitələrinə müsahibə verib.
Vüsalə camal