BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirilib
Bakı-Tbilisi-Qars dəmir yolu xətti modernləşdirmədən sonra tam istismara verilib.Gürcüstanın Axalkalaki şəhərində keçirilən açılış mərasimində Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmiləri iştirak ediblər. Simvolik düymənin basılması ilə xəttin yeni mərhələdə fəaliyyəti elan olunub.Modernləşdirmədən sonra BTQ xəttinin illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Layihənin Orta Dəhliz üzrə yükdaşımaları artıracağı,Çin və Mərkəzi Asiyadan Avropaya yükdaşımaların həcmini artıracağı və regionun tranzit potensialını daha da gücləndirəcəyi bildirilir.

