Britaniya mina təhdidinin aradan qaldırılması üçün Azərbaycana dəstəyini davam etdirəcək
"Britaniya mina təhdidinin aradan qaldırılması üçün Azərbaycana dəstəyini davam etdirəcək". Bunu Britaniya səfiri Fergus Auld xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi görüşdə qeyd edib. İki ölkə arasında enerji, nəqliyyat-tranzit, təhsil və digər sahələrdə mövcud olan əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub. Böyük Britaniyanın Azərbaycanda ən böyük birbaşa xarici investor olduğu vurğulanıb. Eyni zamanda bölgədə mina təhdidləri və üçtərəfli bəyanatların və əldə olunmuş razılıqların Ermənistan tərəfindən yerinə yetirilməməsi faktları diqqətə çatdırılıb.