Britaniya mina təhlükəsi ilə bağlı ianə ayırıb
Böyük Britaniya mina və partlayıcı sursatlarla çirklənmiş ərazilərin təmizlənməsində və insanların təhlükəsizliyinin təmin edilməsində Azərbaycana kömək edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "Twitter" hesabında məlumat verilib. "Əhalinin minalarla bağlı maarifləndirilməsi üçün Britaniya hökuməti növbəti dəfə UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq edir. Britaniya hökuməti minalarla bağlı maarifləndirməni genişləndirmək üçün UNİCEF-ə növbəti dəfə ianə edir" - deyə paylaşımda deyilib.