Britaniya şirkəti azad edilmiş ərazilərdə şəhərsalmaya cəlb olunub
2020-02-09 14:00
600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçib. Bu, iqtisadi tərəfdaşlığın şaxələndirilməsinin yaxşı göstəricisidir. Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Mortonu qəbul edən Prezident İlham Əliyev deyib ki, azad edilmiş ərazilərdə yenidənqurma üçün böyük potensial var. Artıq Britaniya şirkətləri ilə təmaslara başlanılıb, onlardan biri həmin ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub. Dövlət başçısı region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatının yaradıldığını, iki gündən sonra Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının yeddinci iclasının keçiriləcəyini də bildirib.
Fərid Mehdiyev