Braziliyalı əfsanəvi boksçu Eder Jofre 86 yaşında dünyasını dəyişib
Keçmiş idmançı 1957 - 1976-cı illərdə peşəkar boksda çıxış edib. Döyüşçü 1960-cı və 1973-cü ildə dünya çempionu olub. Jofre, karyerasında keçirdiyi 78 görüşün 72-də qələbə qazanıb. 4 dəfə heç-heçə edən braziliyalı boksçu yalnız iki dəfə uduzub. O, hər hər iki məğlubiyyəti yaponiyalı Masahiko Harada-dan alıb.