Braziliya prezidenti ölkəsində futbol matçına buraxılmayıb
2021-10-11 18:00
Braziliya prezidenti Jair Bolsonaro ölkə çempionatında keçirilən “Santos” – “Qremio” matçına buraxılmayıb. Buna səbəb ölkə rəhbərinin koronavirusa qarşı peyvənd vurdurmaması olub. Bolsonaro daha əvvəl vaksin olunmayanların tribunalara buraxılmasını qadağan edən sərəncam imzalamışdı. O, bir müddət əvvəl ictimai yerdə maska taxmadığı üçün cərimə də edilib.
Nərgiz camal