Braziliya millisində ciddi itki
Braziliya millisi ciddi itki ilə üzləşib. Qapıçı Ederson zədələnib. "Mançester Siti"nin üzvü artıq heyətdən kənarlaşdırılıb. Onun əvəzinə milliyə "Atletiko Paranaense"dən Bentu çağırılıb. Maraqlısı budur ki, "Liverpul"un qapıçısı Alisson Bekker ümumiyyətlə milliyə dəvət almayıb. Braziliya millisi DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində noyabrın 17-də Kolumbiyanın qonağı olacaq, 22-də isə Argentinanı qəbul edəcək.
Emin İsazadə