Braziliya millisi tarixində 3-cü antirekord
Futbol üzrə Braziliya millisi antirekorda imza atıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının məlumatına görə, DÇ-2026-nın seçmə mərhələsində Argentinaya 0:1 hesabı ilə uduzan "sambaçılar" cari ildə 5-ci məğlubiyyətlə üzləşiblər. Beşqat dünya çempionları 9 oyunun 3-də qələbə qazanıb, 1-də isə heç-heçə edib. Braziliya millisi tarixdə ilk dəfə bir ildə keçirdiyi matçların yarısından çoxunda, digər deyişlə 56 faizində yenilib. Əvvəlki ən pis göstəriciləri 1963 və 2001-ci ildə qeydə alınıb.
Emin İsazadə