BQXK tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərə un və tibbi ləvazimatlar göndərilib
Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından keçməklə Qarabağda yaşayan erməniəsilli şəxslərə un və tibbi ləvazimatlar göndərilib. Artıq 2 yük və 5 minik maşını Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı kondingentin nəzarətində altında təyinat nöqtəsinə çatıb. Qarabağa yüklərin çatdırılması üçün Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolundan da istifadə edilməsi barədə razılıq sentyabrın 1-də əldə olunub.
Nərgiz Camalzadə