BQXK Naftalanda media nümayəndələri üçün məlumat sessiyası keçirib
Beynəlxalq Qızıl Xaç Komitəsi Naftalanda media qurumlarının regional nümayəndələri üçün məlumat sessiyası təşkil edib. I Qarabağ savaşından bu günə qədər itkin sayılan insanların taleyinin aydınlaşdırılması istiqamətində dövlət qurumları ilə birgə aparılan işlərdən danışılıb. Azad olunan ərazilərdə mina təhlükəsinə toxunulub. Keçmiş təmas xəttinə yaxın ərazilərdə və azad olunan ərazilərə köçürülən əhalinin maarifləndirilməsində BQXK-nin apardığı işlər barədə məlumat verilib.
Vüsalə Cənnətova