Canlı
Bosniya və Herseqovina yığması ilə qarşılaşan komandamız məğlub olub

2018-04-16 / 16:05

UEFA İnkişaf turnirində iştirak edən 16 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması sonuncu oyununu keçirib. Bosniya və Herseqovina yığması ilə qarşılaşan komandamız 2:3 hesabı ilə məğlub olub. Yığmamızın heyətində hər iki qolu Musa Qurbanlı vurub. Millimiz turnir çərçivəsində Makedoniyaya 0:2, Xorvatiyaya isə 0:1 hesabı ilə uduzub.

Fərid Mehdiyev