"Boluspor"un 3 futbolçusu koronavirusa yoluxub
2020-11-06 16:08
Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi Türkiyənin "Boluspor" klubunda koronavirusa 6 yoluxma halı aşkarlanıb. Нoluxanlardan 3-nün futbolçu olduğu açıqlanıb. Digərləri isə Bolu təmsilçisinin işçiləridir.
Nərgiz Camal