Bolqarıstanlı hakim 5-ci dəfə Azərbaycan komandalarının oyununa təyinat alıb
Bakıda "Qarabağ" və "Braqa" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Baş hakim olan FIFA referisi Georgi Kabakov 5-ci dəfə Azərbaycan komandalarının oyununa təyinat alıb. Komandalar arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İlk görüşdə Azərbaycan çempionu inamlı qələbə qazanıb - 4:2.
Fərid Mehdiyev