Bolqarınsan Prezidenti: “Azərbaycan Bolqarıstanın qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir. Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib. Ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır. Bunu Prezident İlham Əliyevlə mətbuata bəyanatında Bolqarıstan Prezidenti Rumen Radev söyləyib. “2022-ci ilin payızında Prezident Əliyevin iştirakı ilə Sofiya şəhərində biz Yunanıstanla Bolqarıstan arasında qaz şəbəkəsindən istifadə etməyə başladıq və beləliklə, Cənub Qaz Dəhlizi Mərkəzi və Şərqi Avropaya birləşdi”, - deyə Prezident Radev əlavə edib.
Vüsalə Cənnətova