Boksçumuz Avropa birinciliyinə qələbə ilə başlayıb
Azərbaycan boksçusu Məhəmmədəli Qasımzadə Xorvatiyada keçirilən gənclər arasında Avropa birinciliyinə qələbə ilə başlayıb. Milli üzvü 1/16 finalda gürcüstanlı Demurovi Levana qalib gəlib. Qasımzadə növbəti görüşdə fransalı rəqibi ilə üz-üzə gələcək. Milli Avropa birinciliyinə 11 boksçu ilə yollanıb.
Vüsalə Cənnətova