Boksçularımız Millətlər Kubokunu 7 medalla başa vurub
Azərbaycan millisi Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər Kubokunda 7 medal qazanıb. Yığma ilin ilk yarışını 3 qızıl, 1 gümüş və 3 bürünc mükafatla başa vurub. Yığmamız bu nəticə ilə komanda hesabında 3-cü yeri tutub. Millətlər Kubokunda 10 ölkədən 102 boksçu mübarizə aparıb.
Fərid Mehdiyev