Boks millimiz tarixində ilk dəfə Avropa çempionatında 5 medal qazanıb
Azərbaycan millisi 22 yaşadək boksçular arasında Avropa çempionatında medal rekordunu yeniləyib. Yığma bu nailiyyətə Monteneqronun Budva şəhərində keçirilən qitə birinciliyində imza atıb. Millimiz tarixində ilk dəfə Avropa çempionatında 5 medal qazanıb. U-22-lərin Avropa çempionatı həmçinin qadınların yarışında Azərbaycanın ilk medalını qazanması ilə əlamətdar olub. Komandanın heyətində Marjona Savriyeva 3-cü yeri tutaraq, adını boks tariximizə yazdırıb.
Lalə Nəsib