Boks üzrə dünya çempionatı təxirə salınıb
2021-11-11 14:00
6 - 19 dekabrda Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan qadınlar arasında boks üzrə dünya çempionatı 2022-ci ilə təxirə salınıb. Bu qərar ölkədəki epidemioloji vəziyyətlə əlaqədar qəbul olunub. Beynəlxalq Boks Federasiyasından bildirilib ki, təşkilatçılar üçün yarış iştirakçılarının sağlamlığı birinci yerdə durur.
Nərgiz camal