Boksçumuz erməni idmançıya qarş titulunu qoruyub
Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında final döyüşləri keçirilib. Həlledici mərhələdə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxıb. Yığmamızın lideri Nicat Hüseynov 51 kq çəkidə finalda Ermənistan təmsilçisi Rudolf Qarboyanla döyüşüb. Boksçumuz rəqibinə heç bir şans verməyib - 5:0. O, ardıcıl ikinci dəfə Avropa çempionu olub və Budvada Azərbaycan himnini səsləndirib. 57 kq çəkidə Əzrək Bəbirov isə yarışı gümüş medalla başa vurub. Beləliklə, Azərbaycan yığması Avropa çempionatını 5 medalla başa vurub. Komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc mükafata yiyələnib.
Emin İsazadə