Boksçumuz dünya çempionu oldu
2021-11-06 10:00
Azərbaycan boksçusu Alfonso Dominqes dünya çempionu tituluna yiyələnib. O, bu uğura Belqradda keçirilən mundialda imza atıb. O, təşkilatçılar tərəfindən çempion üçün xüsusi kəmərə və 100 min dollar mükafata da sahib olub. Azərbaycan milli komandası dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub.
Vüsalə camal