Boksçumuz Dünya çempionatında mübarizəni erkən dayandırıb
2021-10-26 10:11
Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı start götürüb. İlk yarış günündə Azərbaycanın bir təmsilçisi rinqə çıxıb. 57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov 1/32 finalda kubalı boksçu ilə qarşılaşıb. Rəqibinə 0:3 hesabı ilə uduzan idmançı mübarizəni dayandırıb. Millimiz yarışa 9 boksçu ilə yollanıb.
Vüsalə camal