Boksçularımız Qazaxıstana təlim-məşq toplanışına yollanıb
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstana yollanıb. Yığma Almatıda təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesində əsasən qeyri-olimpiya çəki dərəcələri üzrə 15 boksçu iştirak edir. Almatıda yerli boksçularla sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub. Toplanış fevralın 9-dək davam edəcək. Olimpiya çəki dərəcələri üzrə yığma üzvləri isə bir müddətdir ABŞ-də toplanışdadırlar.
Fərid Mehdiyev