Boksçularımız gənclər arasında dünya çempionatında uğurlu start götürüblər
İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatına start verilib. Mundialın ilk günündə Azərbaycan milli komandasının 2 üzvü mərhələ adlayıb. Boksçularımızdan Sənan Hətəmov 1/32 final mərhələsində Boliviyalı rəqibindən üstün olub. Mehparə Məmmədova isə 1/16 finalda Bolqarıstanlı döyüşçünün üçüncü raundda diskvalifikasiya olunması səbəbindən növbəti görüşə vəsiqə qazanıb.