Boksçularımız beynəlxalq turniri 2 medalla başa vurub
Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb. Azərbaycan milli komandası yarışı 2 medalla başa vurub. Yığmamızın heyətində Zidan Hümbətov Dünya kubokuna yiyələnib. 51 kq-da mübarizə aparan boksçumuz finalda rusiyalı Arseniy Jiltsovu 3:2 hesabı ilə məğlub edib və qızıl medala layiq görülüb. Komandamızın heyətində Bilalhəbəşi Nəzərov isə finalda hindistanlı Tamta Briyeşə 2:3 hesabı ilə məğlub olduğundan gümüş medala sahib olub. Yarışda 22 ölkədən 245 boksçu mübarizə aparıb.
Fərid Mehdiyev