BMT Təhlükəsizlik Şurası qətnamələrinin yerinə yetirilməsi sülh üçün mühüm şərtdir. Ceyhun Bayramov
2020-10-08 10:05
Xarici İşlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı almaniyalı həmkarı Heiko Maas bölgədə baş verən gərginlikdən ciddi narahatlığını ifadə edib. Ceyhun Bayramov Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri qəsdən atəşə tutması barədə məlumat verib. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinin bölgədə sülhün təmin edilməsi üçün mühüm şərt olduğunu qeyd edib.
Fərid Mehdiyev