Azərbaycan innovasiyaları, özəl sektorun inkişafını və ixrac rəqabətqabiliyyətliliyini artırmaqla regional və qlobal dəyər zəncirlərində daha yüksək pillələrə qalxa bilər.Bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.O bildirib ki, qeyri-neft istehsalı və ixracının artırılması üçün Azərbaycanın regiondakı böyük iqtisadiyyatlarla dəyər zəncirlərinə inteqrasiyası vacibdir. Şlapaçenko həmçinin insan kapitalının, innovasiya ekosisteminin, müasir infrastrukturun və beynəlxalq standartlara uyğun tənzimləyici bazanın inkişafının əhəmiyyətini vurğulayıb.BMT rəsmisi Azərbaycanın strateji mövqeyi, müasir infrastrukturu və inkişaf edən sənaye imkanları ilə regional istehsal mərkəzinə çevrilmək üçün geniş potensiala malik olduğunu bildirib.
25 sentyabr 2026

