BMT-nin xüsusi məruzəçisi Azərbaycana gələcək
BMT-nin xüsusi məruzəçisi Mişel Forst 14-22 sentyabr tarixlərində Azərbaycanda səfərdə olacaq. Səfər Azərbaycan hökumətinin dəvəti ilə baş tutacaq. Səfər müddətində xüsusi məruzəçi bir sıra dövlət rəsmiləri, məhkəmə nümayəndələri, insan hüquqları müdafiəçiləri, o cümlədən vətəndaş cəmiyyətinin və diplomatik ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirəcək. Onun yekun hesabatı 2017-ci ilin mart ayında BMT-nin İnsan Hüquqları Şurasına təqdim olunacaq.
Ruhəngiz Hacızadə