BMT Azərbaycanda COP29-un keçirilməsinə tam dəstək verməyə hazırdır
BMT Azərbaycanda COP29-un keçirilməsinə tam dəstək verməyə və ölkəmizlə işləməyə hazırdır. Bunu BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayderi Prezident İlham Əliyevlə görüşdə deyib.
Qonaq COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə BMT-nin müvafiq strukturları arasında COP29-un uğurla təşkil olunması istiqamətində artıq səmərəli əməkdaşlıq qurulub və nümayəndə heyətləri yaxından işləyir.
Fərid Mehdiyev