BMT Azərbaycana qarşı törədilmiş təcavüzün qarşısını ala bilməyib
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin I katibi Tale Əliyev Təhlükəsizlik Şurasının “Silahlı münaqişə vəziyyətlərində beynəlxalq hüququn qorunması” mövzusundakı iclasında bildirib ki, beynəlxalq ictimaiyyət silahlı münaqişələr zamanı törədilən ağır cinayətlərə görə məsuliyyətin təmin olunmasını dəstəkləməlidir. Onun sözlərinə görə, Azərbaycanın təcrübəsi göstərir ki, beynəlxalq təşkilatlar təcavüzün qarşısını almaqda və ərazilərin uzunmüddətli işğalına son qoymaqda yetərli nəticə əldə etməyib. Tale Əliyev vurğulayıb ki, beynəlxalq hüququn ciddi pozuntuları araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb edilməli və ağır cinayətlər törədən şəxslərin cəzasız qalmasına imkan verilməməlidir.
17 sentyabr 2026

